Menu

Dünyanın ən səmərəli səhiyyə sistemləri - Siyahı

22.09.2014, 16:57
Dünyanın ən səmərəli səhiyyə sistemləri - Siyahı

Dünya ölkələri arasında ən səmərəli səhiyyə sistemi Sinqapurdadır.

Bunu Bloombergin yeni reytinqi göstərir. Bloomberg əhalisinin sayı azı 5 milyon, adambaşına düşən ümumi daxili məhsul azı 5000 dollar , ömrün uzunluğu isə azı 70 il olan olan ölkələrdə səhiyyə sistemlərini qiymətləndirib.

Ən Effektiv Səhiyyə - 2014 hesabatında birinci yerdə gedən Sinqapurun səhiyyə sistemi 78,6 bal yığıb.

İkinci yerdə Honq Konqdur – 77,5 bal.

Sonrakı yerlərdə İtaliya, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsrail, Fransa, Birləşmiş Ərəb Əmirlikləri gəlir.

Azərbaycan 49-cu yerdədir.

Səhiyyə sisteminin səmərəsinə görə, Rusiya Azərbaycandan aşağıda – 51–ci yerdədir.

İran 46-cı, ABŞ 44-cüdür. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol