Menu

Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb - İcra Hakimiyyətindən reaksiya

30.10.2019, 00:05
Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb  -  İcra Hakimiyyətindən reaksiya

“Bu şəraitsizliyə yaşamaq yox, cəhənnəm əzabı demək olar“

“Yeni Günəşli” qəsəbəsinin Samir Cəfərov küçəsindəki 13 saylı, 15 mərtəbəli binada yaşayan 150 ailənin adından ölkə başçısına ünvanlanan məktubda sakinlər adi məişət şəraitindən məhrum edildiklərini bildirirlər. Bir nüsxəsi də “AzPolitika.info”ya göndərilən məktubda qeyd olunur ki, 2015-ci ildən bugünədək bina sakinləri işığa, təbii qaza və suya həsrət qalıblar: ”Bu şəraitsizliyə yaşamaq yox, cəhənnəm əzabı demək olar. 150 ailənin yaşadığı 15 mərtəbəli binada 2015-ci ildən bu günlərimizə qədər suyun, qazın, işığın olmamasını əlaqədar orqanlar necə izah edə bilərlər? Görəsən günahkar biz sakinlərik, yoxsa müvafiq orqanlardır?”

Məktubda qeyd edilir ki, problemlə bağlı bütün müvafiq qurumlara müraciətlər edilib. Lakin heç bir qurum öz üzərinə düşən işi görmək istəmir. Nəticədə 21-ci əsrdə paytaxt şəhərdə 150 ailə adi məişət şəraitindən, işıqdan, sudan və qazdan məhrumdur: “Hörmətli cənab Prezident, 150 ailə adından müraciətimizi xüsusi nəzarətə götürməyinizi, komissiya yaradılmasını, yerində baxış keçirilməsini xahiş edirik. Bu gün hərtərəfli qayğı və diqqətiniz sayəsində Azərbaycanın ən ucqar kəndlərində də insanlar qazdan, sudan və işıqdan istifadə edirlər. Bakıda bu şəraitin olmaması isə sadəcə olaraq faciədir, təxribatdır.”

Sonda sakinlər bir daha ölkə başçısının bu problemi şəxsi nəzarətinə götürərək, 150 ailənin əziyyətinə son qoyacağına ümid etdiklərini bildirirlər.

***

“Azpolitika.info” saytının 30 oktyabr 2019-cu il tarixdə “ Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb” başlığı məqaləsinə Suraxanı Rayon İcra Hakimiyyətinin operativ reaksiya verib. Bu barədə İcra Hakimiyyətindən saytımızın elektron poçtuna göndərilən məktub məlumar verilib. Məlumatda deyilir:

“”Azpolitika.info” saytının 30 oktyabr 2019-cu il tarixdə “Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb” başlığı məqalədə Qaraçuxur qəsəbəsi, “Yeni Günəşli” yaşayış sahəsi, Samir Cəfərov küçəsindəki 13 saylı, 15 mərtəbəli binada yaşayan 150 ailənin elektrik enerjisi ilə təminatında problemin olduğu qeyd olunmuşdur.

Bu barədə məlumat rayon İcra Hakimiyyətinə daxil olan kimi müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan bina “Badu-kubə” MKT tərəfindən inşa edilmişdir və MTK-nın “Azərişıq” ASC-yə borcu olduğu üçün elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. Məsələ rayon rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, “Badu-kubə” MKT-nın rəhbərliyi ilə əlaqə saxlanılmış, borcun müəyyən hissəsi MKT tərəfindən ödənildikdən sonra “Azərişıq” ASC tərəfindən “Yeni Günəşli” yaşayış sahəsi, Samir Cəfərov küçəsi, 13 saylı binaya elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Elektrik enerjisi bərpa olunduqdan sonra binaya su verən elektrik nasosları da işləməyə başlamışdır.

Eyni zamanda, “Badu-kubə” MKT tərəfindən bildirilmişdir ki, binanın istismara qəbul olunması ilə bağlı müvafiq işlər həyata keçirilir”.

“Azpolitika.info” Suraxanı Rayon İcra Hakimiyyətinə saytımızda işıqlandırılan problemə  operativ reaksiya verdiyi üçün təşəkkür edir.  

 

Şərhlər

Fikret Manafov 2019-10-30 00:05:17

Biz Badu Kube Mtk sakinleri 15 ildir bu problemle yasayir.biz sakinler demek olar ki,Bakida,21 ci esrde yasamiriq,15 illik problemi icra hakimyeti bir gune hell etdi,niye millet aldadilir,binanin ustunden yeniden iki mertebe tikirler,hec bir tehlukesizlik tedbiri gorulmeyib,bu qeder insan,usaq,qaca yasaya yasaya burada tikintiye kim icaze verib,bu ne derecede dogrudur.beli bizim isiq xeetimiz 350 metr mesafeden bir xetle (bir 240 liq kabelle)getirilib,bu ise buradaki yuke dozmur,qazimiz umumiyetce yoxdur,su Mtk istediyi vaxt xeberdarliq etmeden kesir verir,kubu 2 manatdan,hemin isigi oz vesaitimiz hesabina cekmisik qisda umumiyyetce gunlerle elektrik xetti cerayan yukune dozmeyerek partlayir,isiqsiz soyuqda qaliriq,nezere alsaq ki,qazimiz umumiyyetce yoxdur.Biz cekdiyimiz ezabi ucqar kendlerde bele cekilmir,mohterem Prezidentimizin emeyi sayesinde butun ucqar kendlerde,su,isiq,qaz var Bakida ise biz zulum cekirik.etrafli melumat budur,xahis edirik mumkunse yerindece gelib bizim bu problemleri isiqlandirardiniz,defelerle butun qurumlarda olmusuq,bizi qebul etselerde hec bir komeklik olmayib.Mtk ya isiq su qaza gore 2100 manat odemisik,o puluda yeyibler.

Fikret Manafov 2019-10-30 00:05:17

heqiqeti bilmek isteyirsinizse,boyuk memuniyyetle sizi unvanda gozleyirik,xahis edirik biz sakinlere laqeyd qalmayin,bu bina on bes ildir bu veziyyetdedir.isigimiz,suyumuz,yox seviyyesindedir,iki gunden bir isigimiz sonur,movcud kabel cereyan yukune tab getirmir 3 gunlerle isiqsiz qaliriq qisin soyugunda.Suyun kubunu 2 manatdan Mtk bize satir,su her an kesile biler,mtk istediyi vaxt,qazimiz,qaz xettimiz umumiyyetce yoxdur,mohterem prezidentin fermanina mehel qoyulmur,bizim problemi isiqlandirin xahisedirik

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol