Menu

Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb

29.10.2019, 18:18
Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb

Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı nazirlikdə keçirilən dəyirmi masada bildirilib.

Dəyirmi masada məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər, icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, "Elektron icra" informasiya sisteminin tətbiqi qeyd olunub, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq bu ilin 9 ayında 776 mini ötməsi ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq praktikanın öyrənildiyi və pilot qaydada tətbiq ediləcəyi barədə məlumat verilib.

Şərhlər

vəli 2019-10-29 18:18:00

Hörmətli AzPOLİTİKA!Xəbər lenti üçün: Zərdab RİH-nin 12 il (!!) ərzində hüquq şöbəsinin müdiri işləyən Xəzri Babayev RİH-nin müavini təsdiq olunmaq üçün sənədlərini PA-na təqdim edərkən guya Rusiya ali məktəbi tərəfindən verilmiş diplomunun (rayonda hamı bilirdi) saxta oldugu aşkar olunub.Ona görə də nəinki müavin təsdiq etməyiblər,(mayası sözsüz batıb) hətta hüquq şöbəsinin müdiri vəzifəsindən də azad edib və RİH-nin başçısı L.Babayevin də dərsini veriblər.İndi rayonda bütün müdirlərin diplomları yoxlanır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol