Menu

Nigerdə hərbi bazaya hücum zamanı 12 hərbçi öldürülüb, yaralılar var

31.10.2019, 00:03
Nigerdə hərbi bazaya hücum zamanı 12 hərbçi öldürülüb, yaralılar var

Nigerdə silahlılar hərbi bazaya hücum edib."Report" xəbər verir ki, bu barədə "Agency France Press" Müdаfiə Nаzirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Diffa regionundakı "Blarbin" bazasında baş verib. Hücum zamanı 12 hərbçi öldürülüb, daha 8 nəfər yaralanıb.

Hücumun "Boko Haram" terror qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol