Menu

DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib - Pentaqon

31.10.2019, 08:22
DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib  - Pentaqon

DNT analizinin nəticələri təsdiq edib ki, Birləşmiş Ştatların xüsusi əməliyyatının gedişatında öldürülmüş şəxs məhz İŞİD lideri Əbu Bəkr Əl Bağdadidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi bildirib.

"Təcili analiz (meyitdən götürülmüş) nümunələr arasında uyğunluğu göstərdi", - deyə o bildirib.

Makkenzi həmçinin əlavə edib ki, nəticələrin səhv olma ehtimalı 1-in 104 septilyona təşkil edir.

Oktyabrın 27-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol