Bakı Slavyan Universitetinin bir qrup tələbəsinin Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində qalib olmaları sosial şəbəkələrdə ciddi tənqid edilib.
“Qafqazinfo” xəbər verir ki, Y. Primakov Azərbaycan xalqının yaddaşında Qarabağ faciəsi və qanlı 20 Yanvar təcavüzünün təşkilatçılarından biri kimi yadda qalıb. Həmin şəxsin xatirəsinə esse müsabiqəsi keçirilməsini isə bir sıra şəxslər cinayət adlandırıb. Belə ki, məsələ ilə bağlı Azərbaycan Xalq Hərəkatının liderlərindən olan Etibar Məmmədov, eks-Müsavat başqanı İsa Qəmbər və Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu kəskin reaksiya veriblər və bunu 20 Yanvar şəhidlərimizə qarşı böyük hörmətsizlik kimi dəyərləndiriblər.
Qeyd edək ki, müsabiqədə universiteti Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri iştirak edib. Qalibləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatlandırıb.
“Qafqazinfo” məsələ ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovla əlaqə saxlayıb. Onlar məsələdən xəbərdar olduqlarını və bununla bağlı yaxın saatlarda açıqlama yayacaqlarını bəyan ediblər.


Şərhlər
Bura Rusiya deyil, Azərbaycandır və hər bir təşkilatda Azərbaycan dövlətinin maraqları və azərbaycan vətəndaşının heysiyyatı birinci yerdə olmalıdır. Buna görə də əli Azərbaycanın igid oğullarının qanına batmış bir caninin Azərbaycanda mədh olunması yolverilməzdir, şəhidlərimizin ruhuna hörmətsizlikdir.
Özünə hörmət edən xalq buna kəskin eyirazını nildirməlidir. Hətta bu universtetin bağlanmasını tələb etməlidir. Gəncləri bu çirkin işə cəlb edənlər paylarını almalıdırlar.
Hər hansı şəxs haqqında esse yazmaq,o deməkdir ki, həmin şəxsin butun həyatı və siyasi fəaliyyəti(burada), apardıgı ideoloyini açıb göstərmək deməkdir.Hamıya məlum 20 yanvar faciəsindəki rolu,Bakıya səfəri və burada keçirilən əməliyyatlara başçılıq etməsi, faciəni təşkil etdikdən sonra Bakını tərk etməsi də yəqin ki, essedə öz əksini tapıb. Əcəba, tələbələr bunu necə yazıblar,urək agrısı ilə yoxsa həvəslə. Yaxşı olardı ki, qalib esse mətbuatda dərc olunaydı.