Menu

Bakıda minik avtomobili avtobusa çırpıldı - Xəsarət alanlar var - Foto

23.09.2014, 08:39
Bakıda minik avtomobili avtobusa çırpıldı - Xəsarət alanlar var - Foto

Bakının Xətai rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

Məmmədov Seymur Malik oğlu idarə etdiyi "KİA" markalı avtomobili ilə şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın dayanacaqda daynana sərnişin avtobusuna çırpılıb. Qəza zamanı "KİA" nın sürücüsü və sərnişi xəsarət alıblar. Əraziyə təcili yardım çağırılıb. Hər iki yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="2" ids="56564,56565,56566,56567"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol