Abşeronda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib.
"Nissan" markalı minik avtomobili yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Rüstəmov Elşən Əhmədxan oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.


Şərhlər