Menu

Azərbaycan türkiyəli girovların azad edilməsini alqışlayır

23.09.2014, 09:53

xin-bina-tezeAzərbaycan Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev açıqlamasında Baş konsulluğun əməkdaşlarını, onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, İŞİD terrorçularının girov götürdüyü 49 Türkiyə vətəndaşı 101 gün sonra girovluqdan azad olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol