Menu

BMT-nin İqlim dəyişikliyi üzrə forumunun keçiriləcəyi ölkə məlum olub

01.11.2019, 20:12
BMT-nin İqlim dəyişikliyi üzrə forumunun keçiriləcəyi ölkə məlum olub

BMT-nin İqlim dəyişikliyi üzrə forumunun keçiriləcəyi ölkə məlum olub.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə icraçı katibi Patrisya Espinoza bildirib.

Dekabrın 2-13-də baş tutacaq forum İspaniyanın paytaxtı Madriddə keçiriləcək. Xatırladaq ki, Çili Prezidenti Sebastian Pinyera ölkəsində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin və BMT-nin İqlim dəyişikliyi üzrə forumunun (COP25) təxirə salındığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol