Menu

Goranboyda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub

01.11.2019, 20:40
Goranboyda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub

Goranboyda baş vermiş ağır qəzada ölən və yaralananların kimliyi məlum olub.

APA-nın məlumatına görə, hadisə goranboy şəhərinin Rəsul Rza küçəsində baş verib.

“KamAz” markalı yük maşınının “VAZ 2101” markalı minik avtomobili ilə toqquşması nəticəsində ikincinin sərnişini – Yevlax rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Arzu Vəli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“VAZ 2101”-in sürücüsü - Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu isə ağır xəsarət alıb. O öncə Goranboy rayon xəstəxanasına yerləşdirilib, daha sonra Gəncə şəhərindəki klinikalardan birinə köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol