Menu

"ABŞ-ın sanksiyalarından heç kim sığortalanmayıb" - Lavrov

02.11.2019, 08:50
"ABŞ-ın sanksiyalarından heç kim sığortalanmayıb" - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dünyanın heç bir dövləti ABŞ-ın sanksiyalarından sığortalanmayıb.

"Report" xəbər verir ki, bu barədə diplomat "Rusiya 24" telekanalının "Beynəlxalq icmal" verilişinin efirində bildirib.

O, qeyd edib ki, ABŞ-ın sanksiyalarından hətta onların müttəfiqləri də sığortalanmayıb.

"Bu, elə dəyənəkdir ki, tamamilə qayğısız" yelləyirlər, - Lavrov deyib.

Rusiyanın xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, başqa dövlətlərlə iqtisadi əlaqələrdə dollarla hesablaşan ölkələr istənilən vaxt ABŞ-ın geosiyasi fikirlərinin girovlarına çevrilə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol