Lənkərandan Bakıya gələn qadın yolda itkin düşüb.
Trend bildirir ki, hadisə rayonun Əşlə kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Sadıqzadə Röyalə Rəfaddin qızı oktyabrın 29-da yaşadığı evdən Bakıya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər