Menu

Siyəzəndə yük avtomobili aşıb - Yaralılar var

03.11.2019, 09:20
Siyəzəndə yük avtomobili aşıb - Yaralılar var

Siyəzən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, paytaxt istiqamətində hərəkətdə olan "Mitsubishi" markalı yük maşını Bakı-Quba yolunun 103-cü kilometrliyində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov, Qəbələ rayon, Vəndam kənd sakini, 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev müxtəlif xəsarətlər alıblar.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası göndərilib, yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol