Menu

Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

03.11.2019, 19:00
Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Goranboy rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xanqərvənd kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan "Nissan" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletdə olan 1978-ci il təvəllüdlü Aftandil Teymurov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol