Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Yekatrina Turina Nesterovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.


Şərhlər
Qəribədir,bu artıq neçənci hadisədir ki,köməksiz qalaraq ölənlər yaşlı rus qadınları olur.Görəsən niyə?Bəlkə Rusiyada keçən illərdə səs salmış "pensioner ovu" kimi bir quldur hərəkətidir bu?Rusiyanın bir sıra şəhərlərində bir mafioz qruplaşması tək yaşayan pensionerləri öldürüb hiyləgər notariusla onların evini ələ keçirirmişlər.