Menu

Stoltenberq Türkiyənin tərəfində - «Alyansda üzvlüyünü saxlamalıdır…»

04.11.2019, 14:16
Stoltenberq Türkiyənin tərəfində - «Alyansda üzvlüyünü saxlamalıdır…»

NATO-nun Baş katibi əminir ki, Türkiyə alyansda üzvlüyünü saxlamalıdır.

«Bild» nəşrinin yazdığına görə, Yens Stoltenberq Suriyanın şimalında PKK/YPG terrorçu qruplaşmalara qarşı həyata keçirdiyi hərbi əməliyyata görə, Qərb siyasətçilərinin Türkiyəni NATO-dan çıxartmaq barədə çağırışlarına reaksiya verib.

Onun sözlərinə görə, Avropa İttifaqından (Aİ) fərqli olaraq, NATO-da üzv ölkənin üzvlükdən çıxarılmasına imkan verən mexanizm yoxdur. O, həm də qeyd edib ki, Ankara «İslam dövləti» terrorçu qruplaşmaları ilə mübarizəyə böyük töhfə verib və rekord sayda Suriya qaçqını qəbul edib - 3,6 milyon nəfər.

Stoltenberq hesab edir ki, Türkiyə «öz təhlükəsizliyini təmin etmək hüququna malikdir».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol