Menu

İran Prezidenti Səudiyyə kralına məktub yazaıb - Əməkdaşlıq təklif edib

04.11.2019, 16:05
İran Prezidenti Səudiyyə kralına məktub yazaıb - Əməkdaşlıq təklif edib

İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səuda əməkdaşlıq təklif edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İran hökumətinin sözçüsü Əli Rəbii bildirib.

O deyib ki, bununla bağlı İran Prezidenti Səudiyyə Ərəbistanı kralına məktub ünvanlayıb.

Ə. Rəbii qeyd edib ki, məktub regional təhlükəsizlik sahəsində əməkdaşlıq, sülh və sabitliyə həsr olunub.

“Biz düşünürük ki, bölgədə müxtəlif iki tərəfli əlaqələr formalaşa bilər. ABŞ-ın təzyiqləri qonşu ölkələr arasında ayrılıq yaratmamalıdır”, - deyə Ə. Rəbii vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol