"Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
"Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir", dövlət başçısı bildirib.
Prezident həmçinin deyib ki, Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var: "Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın".
Dövlət başçısı bildirib ki, bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər: "Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır".
Prezident həmçinin bildiri: "Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun".
"Lift təsərrüfatı da həmçinin. Bir neçə il bundan əvvəl yenə də mənim Sərəncamımla bir çox binaların lift təsərrüfatı yeniləndi. Ancaq təəssüflər olsun ki, istismar dövründə liftlər sıradan çıxır. Ona görə lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir. Ümumiyyətlə, biz indi nümunəvi həyətlər yaradırıq. Ancaq əgər bu həyətlər normal vəziyyətdə saxlanmazsa, əgər daim diqqət olmazsa, orada qurulan bütün işlər bir il, iki il, beş ildən sonra sıradan çıxacaq. Ona görə siz fikirləşin, təkliflər verin, necə edək ki, yaradılmış yeni infrastruktur, o cümlədən abadlıqla bağlı işlər daim nəzarətdə olsun və təmirə ehtiyacı olan obyektlər vaxtaşırı təmir edilsin", - dövlət başçısı vurğulayıb.

Şərhlər
Hormetli prezidentimiz ve icra bashcimiz eger bizim evlerimizin sokulmesinde meqsed bizim sheraitimizi yaxshilashdirmaqdirsa bize 2 otaq evezine 3 otaq verilsin,1 otaqlidirsa 2 otaq verilsin eksine bizi yondemsiz evlere kochmeyeceyimiz teqdirde zorlada olsa chixaracaqlar sizi deyib bizi hedelemesinler.Xahish edirik ki sesimize ses verin.
Cənab Prezident,Siz gecə-gündüz çalışırsınız ki, xalqımızın rifahı yaxşı olsun,ancaq məmurlar vətəndaşın şikayətinə baxmaq əvəzinə, onları təhdid etməklə məşğuldurlar,1-adama işləmək üçün 10-iş verirlər, 10-adama 1-iş vermirlər və sosial narazılıqların artmasına şərait yaradırlar..Uzun müddətdir ki, məmur özbaşnalığınından əziyyət kəçirəm.. Dəyərli vaxtınızdan 5-dəqiqə ayırıb məni qəbul etsəniz,bu əziyyətdən canım qurtarardı...
icra başçılarının nə oyunlardan çıxdıqlrını hamı bilir.Buna niyə göz yumulur?
Asan xidməti H.Əliyev küçəsində inşa edəndə fikirləşəydilər ki, burada tıxac olacaq. İndi kimlərəsə rahat yaşamaq-qazanc mənbəyi olsun deyə biz 7 sakin halal mənzilimizi dəyərindən ucuz verməliyik ki, evimizin yerində asan parkinq tikilsin və kimlərsə asan pullar əldə etsin 6 nəfər ailəmlə 1 otaqlı mənzildə yaşayaq. Eldar müəllim Xan Şuşinski 55 ünvanında yaşayan sakinlərin problemləri ilə maraqlanın görun İH başımıza nə oyun açıb.Həyətdəki aldıqları evləri sökərək yaşamağımız üçün çətinliklər yaradırlar.
Hamıya məlumdur ki,icra başçılarının hamısı rüşvətxor,büdcə yeyən,dövlək əmlakını özününküləşdirən,əhalini qapı dalında qoyan,özlərini izole edən haldadırlar.Bu niyə baş verir?
...Biz sakinləri zorla aldadıb öz halal mənzilimizdən Xan Şuşinski 55 ünvanından çıxardıb yerində asan parkin tikmək istəyirlər. 2-otaqlı mənzilimə 50m2 1 otaq təklif olunur. biz 3 ailə 7 nəfər bir otaqda nə təhər yaşayaq. Biz dəfələrlə Eldar müəllimə müraciyyət etsək də nəticəsi olmayıb.Nə üçün mən və 7 qonşum öz halal mənzilimizi kiminsə biznes maraqlarına qurban verməliyik.
E.Əzizovun yaşadığı Nizami rayonunda Nəxçivani küç.251saylı orta məktəblə 250saylı orta məktəbin arasında yaşayış binaların qabağında salınan bağın bir hissəsini çəpərləyərək zəbt ediblər.Artıq 3-ildir həmin ərazi zəbt olunub, sakinlərinsə şikayətinə baxan yoxdur, bircə gözləyirlərki sakinlər sakitləşsin, onlarda asanlıqla tikintiyə başlasın, məni ən çox narahat edən həmin ağacların arasında olan meyvə ağaclarıdır, vaxtilə sakinlər bunları gələcək nəsl üçün əkmişlər, indi sanki işğal altındadırlar.
Hörmətli Eldar müəllim yəqin bu yzaıları oxuyursunuz, onda Sizə deyim bu nə təhər olur ki. İH gəlib deyir dur evindən çıx mən burada asan parkinq tikirəm və evin dəyərindən az 2 otağa 1 otaq mənzil verirəm. Axı mınim şəxsi mülkümə İH kimdir ki,qiymət qoyur.Mənə mənzil verib. Tikdiyi asan parkinq pulsuz olacaq. Kim tikirsə lap yaxşı gəlib biz 7 sakinlə danışıb halalıqla alıb tiksin.İH burada marağı nədir?.1-li Asan xidmətə görə mənim evim dəyərindən ucuz əlimdən alınmalıdır. Asan xidməti orada mən tikmişəm.