Menu

Vyaçeslav Volodin KTMT PA-nın sədri seçilib

05.11.2019, 13:50
Vyaçeslav Volodin KTMT PA-nın sədri seçilib

Vyaçeslav Volodin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) sədri seçilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, KTMT PA-nın Ermənistanda keçirilən plenar iclasında Qırğızıstan Parlamentinin sədri Dastanbəy Cumabəyov V. Volodinin Assambleyanın sədrliyinə namizədliyini irəli sürüb.

Şura üzvlərinin iştirakı ilə keçirilən səsvermədə V. Volodin 3 il müddətinə KTMT PA-nın sədri seçilib.

Qeyd edək ki, V. Volodin Rusiya Dövlət Dumasının sədridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol