"Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarını qəsdən yubadır".
Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Litvanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşdə deyib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.


Şərhlər
BMT TŞnin DQMV qətnaməsinə zidd aparılan diplomatik danışıqların Azərbaycanın hərbi müdafiəsinə nə aidiyyatı? Konstitusiyamızda ölkə ərazizisinin müdafiəsində heç bir istina yoxdur! Hərbilər, ƏSGƏR xəbərdarlıq edib, öz vəzifəsini daim, tam qətiyyətlə icra etməlidir.