Menu

Oqtay Gülalıyev Türkiyədə xəstəxanaya yerləşdirildi - VİDEO

06.11.2019, 22:53
Oqtay Gülalıyev Türkiyədə xəstəxanaya yerləşdirildi - VİDEO

Hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı onun oğlu Təbriz Gülalıyev yayıb. Oğlunun sözlərinə görə, atasının köçürülməsi zamanı heç bir problem olmayıb. İlkin müayinədən sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Oqtay Güləliyev Türkiyəyə AZAL-ın xüsusi ambulans təyyarəsində aparılıb.

Şərhlər

Sabir 2019-11-06 22:53:38

Təki onun da taleyi Xəlil Rza və Elçibəy kimi olmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol