Menu

"Azərbaycandan olan həmkarlarımızla birlikdə 13 terrorçu yuvası aşkarlamışıq" - FTX-nin direktoru

07.11.2019, 13:15
"Azərbaycandan olan həmkarlarımızla birlikdə 13 terrorçu yuvası aşkarlamışıq" - FTX-nin direktoru

2019-cu ildə Rusiya, Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq nəticəsində 13 beynəlxalq terrorçu yuvası aşkarlanıb və onların fəaliyyətinin qarşısı alınıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

“Bu il Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarımızla əməkdaşlıq nəticəsində 13 beynəlxalq terrorçu yuvası aşkarlanıb, 138 döyüşçü saxlanılıb. Bu ilin may ayından oktyabr ayına kimi terrorçu və dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən MDB ölkələrinin 200-dən çox vətəndaşı sərhəd nəzarətinə götürülüb”, - deyə A. Bortnikov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol