Menu

Amerikanın “Meri Mak Brayd” qrupu Naxçıvanda açıq havada konsert verəcək

23.09.2014, 17:32
Amerikanın “Meri Mak Brayd” qrupu Naxçıvanda açıq havada konsert verəcək

Bu gün Amerika səfirliyinin müvəqqəti işlər vəkili Devid Hoqanın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Səfər çərçivəsində D.Hoqan Naxçıvan Ali Məclsinin sədri Vasif Talıbov, vətəndaş cəmiyyətinin təmsilçiləri Məlahət və İlqar Nəsibovlar ilə görüşüb.

Ali Məclisin sədri ilə görüşdə iqtisadi və mədəni məsələlər ətrafında müzakirələr aparılıb.

Nümayəndə heyəti bu gün Naxçıvan avtomobil zavodunda olacaq.

Günün sonunda isə Amerikanın “Meri Mak Brayd” qrupu Naxçıvanda açıq havada konsert proqramı ilə çıxış edəcək. /contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol