Səngəçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var
Baxiş sayı:
Dərc olunub:
08/11/2019 - 22:21
Bakıda yük maşını ilə minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Səngəçal magistral yolunda qeydə alınıb.
Belə ki, "KaMAZ"la minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Həsənov Cavanşir İbrahim oğlu, 1959-cu il təvəllüdlü Ayvazova Mirvari İsa qızı və 2003-cü il təvəllüdlü İsayeva Aysa Zaur qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
H.Cavanşirə və A.Mirvariyə qapalı kəllə-beyin travması, İ.Aysaya isə üst dodağının əzilmiş yarası diaqnozları qoyulub.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.