Menu

İsrail Suriya təyyarəsini vurdu

23.09.2014, 19:17
İsrail Suriya təyyarəsini vurdu

Rəsmi Dəməşq isə Təl-Əvivin bu addımını yardım kimi qiymətləndirib

İsrail Suriya döyüş təyyarəsini vurub.

ANS PRESS-in məlumatına görə, İsrail ordusu Suriya təyyarəsini "Patriot" raketi ilə vurub.

Suriya dövlət televiziyası təyyarənin vurulduğunu təsdiqləyib. Suriya İsrailin bu addımını İŞİD və "Əl-Qaidə"yə bağlı olan "Nusra" cəbhəsinə edilən yardım kimi qiymətləndirib.

Qeyd edək ki, Suriya ordusu İsraillə sərhəddə hər 2 terrorçu qruplaşmaya qarşı döyüşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol