Menu

Tehran nüvə silahı əldə etməyə çalışmayacaq

10.11.2019, 15:36
Tehran nüvə silahı əldə etməyə çalışmayacaq

İran heç bir halda nüvə silahı istehsal və ya əldə etməyəcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı bildirib.

A. Araqçı deyib: "Əslində, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) müddəti yoxdur. İranın nüvə silahı əldə etməyə səy göstərməmə öhdəliyi daimidir, bu, BHFP-nin ən birinci bəndində deyilir. Bənddə bildirilir ki, İran heç bir halda nüvə silahını istehsal və ya əldə etməyəcəyini təsdiq edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol