Menu

Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var

10.11.2019, 18:16
Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Onların arasında vəziyyəti ağır olanlar var.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol