Menu

Separatçılar öz parlamentini və liderini seçəcək

23.09.2014, 19:36
Separatçılar öz parlamentini və liderini seçəcək

Rusiyapərəst yaraqlıların lideri Aleksandr Zakharchenko İnterfaks agentliyinə deyib ki, noyabrın 2-də “Donetsk Xalq Respublikası Ali Sovetə seçki keçirəcək və respublikanın yeni liderini seçəcək”.

Qonşu Luhanskın separatçıları da eyni gündə seçki keçirməyi planlaşdırır.

Sentyabrın 23-də Zakhrachenko deyib ki, onlar öz ərazilərində heç bir başqa seçkiyə imkan verməyəcəkjlər, o cümlədən Ukrayna parlamentinə seçkilərə imkan verilməyəcək.

Ukrayna parlamenti Radaya seçkilər oktyabrın 26-da olmalıdır. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol