Menu

Dünyanın ən çox spirtli içki içilən ölkələri - SİYAHI

11.11.2019, 10:00
Dünyanın ən çox spirtli içki içilən ölkələri - SİYAHI

Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yeri tutub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının noyabrda dərc edilən sağlamlıq nəşrində yer alıb.

Qeyd olunub ki, Litvada bir nəfər orta hesabla il ərzində 12,3 litr spirtli içki qəbul edir.

Litvadan sonra Avstriya (11,8 litr) və Fransa (11,7) gəlir. İlk beşlikdə Çexiya (11,6 litr) və Lüksemburq da (11,3 litr) var. Altıncı yerdə qərarlaşan dövlətlərin sakinləri orta hesabla il ərzində 11,2 litr spirtli içki qəbul edir. Bunlar Latviya və İrlandiyadır.

Macarıstan Rusiya ilə birlikdə, 11,1 litr göstərici ilə yeddinci yerdə qərarlaşıb. Almaniya (10.8 litr), Portuqaliya (10.7 litr) və Polşa (10.6 litr) vətəndaşları ilk onluğun sonuncu üç yerini tutublar.

Vətəndaşlarının ən az içki qəbul etdiyi dövlətlər isə İndoneziya (0.3 litr), Türkiyə (1.4 litr), İsrail (2.6 litr), Hindistan (3.0 litr) və Kosta Rikadır (3.8 litr).

Şərhlər

dadaşyev 2019-11-11 10:00:06

İl ərzində 11 litr?Rusiyada?Həftədə deyiblər bəlkə.Rus arağı,alman-çex pivəni bizlər çay içən kimi içirıər.Hər moldovan,qaqauz gündə azı bir litr çaxır içir.Səhər yuxudan oyanan kimi mütləq bir stəkan çaxır içərlər çay əvəzi.Evlərinə qonaq getdinsə daha oturmağa macal tapmamış bir litr çaxırı qoyarlar qabağına,başlanğıc üçün.Qonaqlığın davamı poqrebdə çaxır çəlləklərinin arasında davam edər.İç ki içəsən.İldə 11 litr nədi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol