Menu

"Rusiya ən fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır" - Lavrov

11.11.2019, 15:19
"Rusiya ən fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır" - Lavrov

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif formatlarda fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşdən sonra deyib.

"Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm Rusiya Federasiyası - Ermənistan - Azərbaycan formatında ən fəal vasitəçi kimi fəaliyəti bundan sonra da davam etməyə hazırdır", XİN başçısı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol