Menu

Mingəçevirdə binanın girişində kişi meyiti tapıldı

13.11.2019, 00:42
Mingəçevirdə binanın girişində kişi meyiti tapıldı

Mingəçevir şəhərində binanın girişində meyit tapılıb.“Qafqazinfo” xəbər verir ki, hadisə M.Maqomayev küçəsində qeydə alınıb.

Həmin ünvandakı binalardan birinin girişində naməlum kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1954-cü il təvəllüdlü Həsənov Cümşüd Yusif oğlu olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol