Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli mitinqdə çıxış edb."Bu millətdə demokratiya eşqinə bax ki, başına leysan tökə-tökə meydanlara toplaşıb" deyə Cəmil Həsənli bildirib. O, gənclərin mübarizədə fəal iştirakını təqdir edib, gəncliyin ünvanına xoş sözlər deyib. Bildirib ki, Azərbaycanın qarantı bu gənclik və Milli Şuradır.
Cəmil Həsənli Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun salamlarını çatdırıb. Deyib ki, Azərbaycan artıq 9 oktyabrdan əvvəlki Azərbaycan deyil.
Cəmil Həsənli çıxışında ötən mitinqdən sonra müxalif fəal Kəmalə Bənənyarlı ilə polisin bayraq davasından da danışıb, deyib ki, polis ondan bayrağı aşağı salmağı tələb eləsə də, Kəmalə xanım «bu mənim bayrağımdı» söyləyib və bayrağı endirməyib: «Öz bayrağına sahib çıxmağı bacardı!»
Cəmil Həsənli seçkilərin dünyada rüsvayçlı hadisələr sırasında olmasından, sirli inauqurasiyadan, siyasi məhbuslardan, qəzetlərə qarşı repressiv siyasətdən danışıb. O, insanların yağışa baxmayaraq mitinqdə iştirakını “fədakarlıq” adlandırıb.

Həbsdə olan siyasi məhbuslar demokratiya uğrunda mübarizələrinə görə həbs olunublar. Biz onların hər birinin adını burda çəkməliyik».
Qətnamənin oxunması ilə mitinq başa çatıb. Qətnamədə seçkidən əvvəl və sonra həbs olunanların azadlığa buraxılması, beynəlxalq ictimaiyyətin seçkilərlə bağlı rəyinin nəzərə alınması, KİV-ə qarşı təzyiqlərə son qoyulması tələb edilir.
***
Milli Şuranın budəfəki mitinqinin çıxışçıları gənclər seçilib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP İcra Aparatının rəhbəri Samir Əsəsdli, Müsavat Gənclər Təşkilatından Nərgiz Yaqublu və gənc fəallardan Ülvi Həsənli çıxış ediblər.
---
16.39. Aparıcı elan edib ki, mitinq bitdikdən sonra heç kim küçədə şüar səsləndirməməlidir. Çünki, bu, qarşıdurmaya səbəb ola bilər.
NİDA Vətəndaş Hərəkatının liderlərindən olan Ülvi Həsənli həbsdəki gənclərin mitinq iştirakçılarına salamlarını çatdırıb: “Onların azadlığı bizim mübarizəmizdən keçir”.
***

İndiyədək çıxış edənlər də gənclər olub. İndiyədək AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı, Vətəndaş Həmrəyliyi Partiyasının gənclər təşkilatının lideri Samir Əsədli və Müsavat Partiyası gənclər təşkilatının üzvü Nərgiz Yaqublu çıxış ediblər.
16:18. Artıq Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimli meydana daxil olub. Lakin onlardan yalnız Cəmil Həsənli tribunaya qalxıb.
Milli Şuranın mitinqinə texniki hazırlıq gedir. Fədakar gənc fəallar mitinqin yüksək səviyyədə təşkili üçün yağmurlu havaya baxmayaraq hazırlıqları davam etdirirlər. Mitinqin keçiriləcəyi “Məhsul” stadionu polis tərəfindən mühafizə olunur. Aksiya iştirakçıları bir-bir yoxlanılıb stadiona buraxılır. Musavat.com-un məlumatına görə, xanım aksiyaçıları qadın polislər yoxlayıb meydana buraxırlar. Havanın yağışlı olmasına rəğmən mitinqə gələnlərin sayı durmadan artır
....
Milli Şuranın seçki saxtakarlığına növbəti etiraz mitinqi başlayır. Bakıda güclü yağış yağmasına baxmayaraq, aksiya təxirə salınmayıb. Musavat.com-un mitinqin keçiriləcəyi “Məhsul” stadionunda olan əməkdaşının verdiyi məlumata görə, iştirakçılar meydana tolpşırlar. Bu ana qədər meydanda 1000-ə yaxın adam var.
Stadionda elektrik enerjisi kəsilib.






















Şərhlər