Menu

Oğuzda kran aşıb, sürücü xəsarət alıb

13.11.2019, 21:15
Oğuzda kran aşıb, sürücü xəsarət alıb

Oğuz rayonunda kran aşıb, sürücü xəsarət alıb."Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç idarə etdiyi "KamAz" markalı qaldırıcı kran avtomobilinin aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol