Menu

AZAL iki "Boeing-787 Dreamliner" təyyarəsi alacaq

24.09.2014, 15:00
AZAL iki "Boeing-787 Dreamliner" təyyarəsi alacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin sonunadək iki "Boeing-787 Dreamliner" təyyarəsi alacaq.

Bu barədə jurnalustlərə AZAL-ın sədr müavini Sabir İlyasov deyib.

O həmçinin deyib ki, bu gün Bakıdan ABŞ-a birbaşa təyyarə reysi açılıb. Bakı vaxt ilə səhər saat 6-da havaya qalxan təyyarə 12 saat sonra Nyu-Yokr hava limanına enəcək. İl ərzində Həştərxana (Rusiya) və Bişkekə də (Qırğızstan) yeni reyslərin açılışı reallaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol