Menu

Belarusda parlament seçkiləri yekunlaşıb

18.11.2019, 00:12
Belarusda parlament seçkiləri yekunlaşıb

“Belarus Parlamentinin aşağı palatasına keçirilən seçkilər bütün seçki dairələr üzrə başa çatıb. Qanunverici orqanın 110 deputatı seçilib”.

APA TASS-a istinadla xəbər verir ki, bunu bazar günü Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidia Yermoşina açıqlayıb.

Bildirilib ki, seçicilərin fəallığı 70,72 faiz olub.

Qeyd edək ki, Belarus MSK-da qeydə alınan 560 namizəddən 513-ü parlamentdəki yerlərə iddia edib. 6,8 milyondan çox seçici səs verib. Seçkini 1000-dən çox beynəlxalq müşahidəçi izləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol