Menu

Feysbukla bağlı yumoristik xəbər dünyanı ayağa qaldırdı

24.09.2014, 16:51
Feysbukla bağlı yumoristik xəbər dünyanı ayağa qaldırdı

Facebook istifadəçilərindən aylıq 2,99 dollar ödəniş tələb edəcəkmi?

ABŞ-dakı National Report adlı sayt Facebook-un 1 noyabr tarixindən etibarən istifadəçilərindən 2.99 dollar aylıq ödəniş tələb edəcəyini açıqlayıb. ANS-in məlumatına görə, bu xəbər bütün dünya mətbuatında böyük səs-küyə səbəb olub.

Məlumatda Mark Zukerberqin dilindən bir bəyanat da nəşr edilib. Yumor məqsədiylə yazılan xəbər çox ciddi bir dillə qələmə alındığı üçün insanlar tərəfindən informasiyaya etibar edilib.

Facebook-a qarşı etiraz aksiyası başladan bir qrup şəxsin şikayətlərindən sonra məsələdən xəbərdar olan Facebook rəhbərliyi məlumatların gerçək olmadığını açıqlayıb. National Report saytı da xəbərin yumor xatirinə yazıldığını qeyd edib.

Şirkət rəsmi açıqlama yayaraq istifadəçilərdən bu cür xəbərlərə etibar edilməməsini xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol