ABŞ Azərbaycan və Ermənistan arasında jurnalistlərin qarşılıqlı səfərlərini alqışlayıb.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəliyinin "Twitter" səhifəsində bildirilib.
“ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu yaxınlarda başa çatmış Azərbaycan və Ermənistan arasında jurnalistlərin mübadiləsini alqışlayır. Bu kimi tədbirlər xalqları sülhə hazırlayır və gərginliyi azaldır”, - deyə məlumatda qeyd olunub.


Şərhlər
Amerika ürəkdən istəyər ki, Qarabağı ermənilərə verək. Amma bu heç vaxt olmayacaq. Bunu yaddan çıxartmasın heç bir dövlət.