Menu

ABŞ “Şimal axını-2” layihəsini bloklaya bilər

24.11.2019, 17:33
ABŞ “Şimal axını-2” layihəsini bloklaya bilər

Amerika Birləşmiş Ştatları Konqresi, “Şimal axını-2” qaz kəmərinə qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil etməyi planlaşdırır.

Virtualaz.org “Defence News” nəşrinə istinadla bildirir ki, bunu Senatın Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş deyib.

Riş qeyd edib ki, sanksiyalar qaz kəmərində işləyən tikinti şirkətlərini layihəni tərk etməyə məcbur edə bilər: “Bu onlara çox baha başa gələcək. Düşünürəm ki, bu sanksiyalar keçərsə, şirkətlər bağlanar və Rusiya, əgər bunu edə bilsə, layihəni həyata keçirmək üçün başqa bir yol axtarmalı olacaq".

Amma Komitə rəhbəri onu da əlavə edib ki, Nümayəndələr Palatası və Senatın üzvləri bu qanun layihəsi ilə bağlı hələ də razılıq əldə etməyiblər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Dmitri Kozak jurnalistlərə "Şimal axını-2" qaz boru kəmərinin 2020-ci ilin ortalarında işə başlayacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol