Menu

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb

25.11.2019, 12:12
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

APA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçriilən plenar iclasın gündəliyinə 19 məsələ daxil edilib.

İclasda “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri II oxunuşda müzakirə olunacaq.

Şərhlər

Özgür 2019-11-25 13:24:29

Niyə müzakirə olunan məsələlərin tam siyahısını göstərmirsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol