“Büdcə mükəmməl hazılanıb, sosial yönümlüdür. Mən bunu dəstəkləyirəm.” AzPolitika.info-nun məlumatına görə, bu sözləri Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Elman Məmmədov deyib.
Deputat hərbi büdcənin azaldılmasından narahatlığını ifadə edib. Eyni zamanda büdcənin xərclənməsi zamanı səlahiyyətli olan şəxslərin şəffaflığı təmin etməyə, israfçılığa yol verməməyə çağırıb.
Deputat eyni zamanda məcburi köçkünlər və bu kateqoriyaya daxil olan şəxlərlə bağlı narahatlığını dilə gətirib: “Mən bir məsələni qaldırmaq istəyirəm. Söhbət Nazirlər Kabinetinin bir neçə il əvvəl qəbul etdiyi 11 nömrəli qərardan gedir. Bildiyiniz kimi cənab Prezidentin siyasəti nəticəsində məcburi köçkünlər, qaçqınlar dövlət qayğısı ilə əhatə olunub. Hökumət bu sahədə cənab Prezidentin qarşıya qoyduğu tapşırığı icra edir və etməyə çalışır. Amma bəzəm kimlərinsə mövqeyi səbəbindən elə qərarlar verilir ki, bu da məcburi köçkünlərin bəzi hissəsinin statusunu itiriməsinə səbəb olur. Nazirlər Kabinetinin bəhs etdiyim qərarında müavinətlərin ödənilməsinin qaydaları öz əksini tapır. Qərarın ikinci maddəsində “müavinətlər aşağıdakı məcburi köçkünlərə şamil edilmir” ifadəsi var.
Məcburi köçkünlər müharibə nəticəsində qaçqın düşüb. Onlar torpağını, əmlakını orada qoyub gəliblər, amma ağıllarını özləri ilə gətiriblər. Çalışıb özünə burada ev tikən, koma quran məcburi köçkünlərə müavinət verilmir. Onda belə çıxır ki, bu qərar deyir ki, köçkün işləməsin, özünə ev tikməsin, oturub dövlətdən ev gözləsin? Ev tikən məcburi köçkünlərə müavinətlərin verilməməsi bu mənada anlaşılmır”.
Elman Məmmədov əlavə edib ki, ikinci məqamda var: “Əgər bir məcburi köçkün olan xanım məcburi köçkün olmayan kişiyə ərə gedirsə ona müavinət verilmir. Və ya məcburi köçkün olan kişi köçkün olmayan xanımla evlənirsə onun müavinəti kəsilir, övladlarına da müavinət verilmir. Digər problem odur ki, məcburi köçkün əgər səhhəti və ya pul qazanmaq məqsədilə xaricə gedibsə və 187 gün ölkədə olmayıbsa, ona deyilir ki, siz ölkədə olmadığınız üçün müavinət ala bilmərsiniz. Hesab edirəm ki, hökumət bu məqamlara diqqət etməlidir”.
Milli Məclisin sədri Oqtay Əsədov deputata bildirib ki, sözügedən problemlərlə bağlı fikirlərini katibliyə təqdim etsin.
Qeyd edək ki, vaxtilə Ermənistandan qovulanların qaçqın statusunun ləğv edilməsi Azərbaycanın bu problemi beynəlxalq müstəvidə qaldırmaq imkanlarından faktiki məhrum edib. İndi müxtəlif yollarla məcburi köçkünlərin də statusunun əlundən alınması sabah Azərbaycana daha böyük problemlə üz-üzə qoyar. Deyəsən biriləri unudur ki, hələ Qarabağ problemi həll olunmayıb!
Rasim
AzPolitika.info

Şərhlər
aye,ermeni at oynadir,bunlar qajqin statusunun davasini edir...
Nazirler kabnetinin qerari leq olunmalidi ezyetinen işliyib ev almişiq kimin adina almaliyiqki
doğru qərarır
Bəsdir daha . 30 il yardım edildi pis yaxşı evin var, maşının var, iş də ki nə qədər iştəsən. Ən kasıb olanlara müəyyən müavinat vermək olar məbii ki. Ancaq qaçqın adı ilə elə adamlar var ki , qaçqın olmayan əhalidən qat qat yaxşı dolanır ancaq yazıq cildinə girib dövlətdən pay umur.
Təklif düzgündü.
Vallah qacqinlar bu muavinetlerin hesabina yerlilerden daha yaxsi yasayirlar/ Umumiyyetle tedricen bu muavinet anlayisi legv edilmelidir. Her insanin 2 eli 2 ayagi var, ishleyib qazanmaq ve yasamaq lazimdir. Yalniz xestelere muavinet verilse dogru olar. Menim kimi milyonlarin eziyyet cekib odediyi vergilerle formalasan budceden niye 2 elli 2 ayaqli qacqina muavinet ve ya ev verilmelidir men ise 38 yasimda subay ve evsiz qalmaliyam?
30 il qaçqinliq statusu olar.
Doğru düzgün mövqedir.
Cənab deputatın haqlı təklifləri həmən əhalinin istəklərilə tam eynidir.
Men Ozumde Qacqinam Uzr Isteyirem Yoldasim Yerlidi Menim Usagima Corek Pulu Verilmirki Anasi Yerlidi Sadece Biyabirciliqdi
ha ha ha ,aye,qajqin ayilif,qarabaqi teleb eder bu hokumetden ,naqaracuiq
Bu qanuni mülkü hüquqları onlar və dövlət 1999(-1994)cu ildə itiriblər.
Çox sağ olun Elman müəllim, bu məsələ öz həllini tapması bizi sevindirərdi. Çünki bizi
Çox sağ olun Elman müəllim, bu məsələ öz həllini tapması bizi sevindirərdi. Çünki bizi
Çox sağ olun Elman müəllim. bizimdə çörək pulunuzu nahaqdan 4 ildir kəsiblər.Əziyyət çəkirik
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATİNİN qərarina əsasən qaçqin stasusunu adam 10 il daşiya bilər.AZƏRBAYCANDA isə 30 ili ötubdur.
BALA-BALATÜRKÜN MƏSƏL, NÖŞ VURSAN MIXA NALA TÜRKÜN MƏSƏL!!!
Qovğunun öz mülkünü tələb edib 10 dek 2019 tarixinə almaq gərəkdir?