Menu

Britaniyada ölkə tarixində ən böyük qızıl sikkə hazırlanıb

25.11.2019, 20:14
Britaniyada ölkə tarixində ən böyük qızıl sikkə hazırlanıb

Böyük Britaniyanın Kral Sikkə Evi (Royal Mint) Birləşmiş Krallıq tarixində ən böyük kolleksiya qızıl sikkəsi hazırlayıb.

"Report" TASS-a istinadla xəbər verir ki, sikkənin diametri 17,5 sm, çəkisi 5 kq və nominal dəyəri 5 min funt sterlinqdir (6,4 min dollar).

Hələlik "Dahi nişanlar" seriyasından yalnız bir belə sikkə vurulub. Onun üzərində Kraliça Viktoriyanın (1819-1901) 1828-ci ildən 1851-ci ilə qədər "Royal Mint"in baş nişançısı olmuş Vilyam Vayon tərəfindən hazırlanmış təsviri var. Sikkənin digər üzündə isə yanında şir aparan monarx təsvir edilib. Heyvanlar kralı Britaniya imperiyasının simvoludur.

Nəhəng sikkə yaradılarkən həm ənənəvi oyma üsullarından, həm də müasir texnologiyalardan istifadə edilib. 1839-cu ildə buraxılmış ilk - orijinal sikkənin dizaynı dəqiq şəkildə təkrarlamaq üçün elektron skandan istifadə edilib.

Sikkə artıq satılıb, qiyməti açıqlanmayıb.

Şərhlər

Rehman feyziyev 2019-11-25 21:47:51

Hec olmasa yazdiqinizi oxuyun da. 5 kg gizil ne vaxtdan 6400 dollar deyerinde giymetlendirilib?

Rehman 2019-11-25 21:46:48

Hec olmasa yazdiqinizi oxuyun da. 5 kg gizil ne vaxtdan 6400 dollar deyerinde giymetlendirilib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol