Menu

"Ötən mövsümün ən yaxşısı Van Deykdir, Messi isə...” – Klopp

25.11.2019, 23:30
"Ötən mövsümün ən yaxşısı Van Deykdir, Messi isə...” – Klopp

“Liverpul”un baş məşqçisi Yurqen Klopp “Barselona”nın kapitanı Lionel Messinin “Qızıl topu” qazanmasına münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssis bu mükafata argentinalı hücumçunun yox, futbolçusu Van Deykin layiq olduğunu deyib:

“Qızıl top dövrün ən yaxşısına verilirsə, hər zaman Messini mükafatlandıra bilərsiniz. Ancaq son mövsümün ən yaxşı oyunçusunu seçirsinizsə, bu, Van Deyk idi. Mən belə görürəm. Hamı üçün ən yaxşı futbolçu Messidir. Amma ötən mövsümün ən yaxşısı Van Deykdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol