Menu

Müddətli həqiqi hərbi xidmətə çağırış başlayır - Prezident sərəncam imzalayıb

26.11.2019, 18:14
Müddətli həqiqi hərbi xidmətə çağırış başlayır - Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Sərəncamla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Şərhlər

t.ədalət 2019-11-26 20:11:08

Çağırışlar başlayan kimi hərbi-həkim komissiyası rüşvət kisəsinin ağzını açır.Dünyanın heç yerində çağırışçıların tibbi yoxlanışı Azərbaycandakı kimi komissarlıqların ixtiyarına buraxılmayıb.Görünür,cənab Prezident əsil islahata elə bu " tibbi komissiyaların" ləğvindən başlamalıdır.Bu iş ərazi poliklinikaların üzərinə qoyulmalı,rüşvətxor həkimlərin saxlanılmasına xərclənən dövlət vəsaiti ordunun ehtiyaclarına yönəldilməlidir."Komissarlıqların" bu işə nəzarəti,ancaq və ancaq rüşvət toplamağa yol açır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol