Bakıda 25 yaşlı qız dəm qazından boğulub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində fərdi yaşayış evində qeydə alınıb.
Şəhər sakini, 1994-cü il təvəllüdlü Talıbova Fatimə Natiq qızı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Şərhlər
havalar soyuyan kimi təmizlənməmiş qazdan ölhə-öl başlayıb.Ancaq bu qazı evlərə verən,onun təmizlənməsinə məsuliyyət daşıyanlar haqqında bir cəza nəzərdə tutulmur.Görünür,ölümlər heç kəsi narahat etmir.Yanacaq satışını artırmaq üçün şəhərdə yaradılan süni tıxaclar da az can almır.Atmosferə atılan zəıhərli qazlar da xərçəng xəstəliyinin sayını iki qat artırır.