Menu

Bakıda 17 yaşlı gənci küçədə bıçaqla hədələyən şəxs saxlanılıb

27.11.2019, 11:40
Bakıda 17 yaşlı gənci küçədə bıçaqla hədələyən şəxs saxlanılıb

Bakıda 17 yaşlı gənc küçədə bıçaqla hədələnib.“Report”un xəbərinə görə, hadisə noyabrın 22-də paytaxın Nərimanov rayonu Təbriz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü H.Ağayev günorta saatlarında naməlum şəxs tərəfindən bıçaqla hədələnərək mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.

Daha sonra gənc hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü İ.Nağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol