Dövlət Gömrük Komitəsi müvafiq orqanlara müraciət edərək 2020-ci ildən istehsal müddəti 7 ildən yuxarı olan avtomobillərin idxal rüsumunun artırılmasını təklif edəcək. Bu barədə qurumun rəhbəri Səfər Mehdiyev çərşənbə axşamı keçirilən mətbuat konfransında məlumat verib.
O, bunu “ölkədəki ekoloji vəziyyətin yaxşılaşdırılması”nın vacibliyi ilə izah edib. Eyni zamanda deyib ki, gömrük istehsal müddəti həmin ildən aşağı olan avtomobillərə rüsumun azaldılmasının əleyhinə deyil.
Təklifi “AzPolitika.info”-ya şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, Səfər Mehdiyevin açıqlamasına normal baxır, amma iki şərtlə: “Birincisi, əgər ekoloji məsələ belə önəmlidirsə, istismar müddəti 3 ili ötməyən, mühərrik həcmi 1500 m3-dək olan daxili yanma mühərrikli avtomobillərin gömrük vergi yükü ən azı indikinə nisbətən 2 dəfə azaldılsın. İkincisi, həm hibrid, həm də elektromobillərin idxalı 0%-li vergi rejiminə keçirilsin. Hələ başqa təklif də deyərdim, hansı ki, bəzi ölkələrdə uğurla sınaqdan çıxarılıb, məsələn, Norveçdə. Söhbət elektrik avtomobilləri gətirən şəxslərə dövlət büdcəsindən subsidiyanın verilməsindən gedir. Sonuncuni etməsələr də, ən azından əvvəlki iki təklif reallaşmalıdır”.
“AzPolitika.info”

Şərhlər
Maşını neynirsiz ay camahat velosiped sürün.həm cana xeyirdi həm cibə. Təklif edirəm ki gömrük komitəsi birinci qoşulsun bu işə. Yəni iki il onlar velosiped sürəndən sonra qiymətləri qaldırsınlar bizfə keçək velosipedə

Gömruk risumlları artırılmalı və gürcüstan nömrə nişanlı aftomabillər sərhəddən buraxılmamalıdır
Kasıb təbəqədən olan insanlar köhnə maşın ala bilir.Belə çıxır ki,kasıblar köhnə də olsa,maşın ala bilməsin. Keçmişdə bəy və xanların atı,dəvəsi olurdu,kasıbların eşşəyi.Ancaq bəylər kasıblara demirdilər ki,siz eşşək sürə bilməzsiniz.
Məlumdur ki, Azərbaycanda avtomobil istehsal sahələri yaradılıb.Bu sahələrin rentabelli işləməsi,satış probleminin olmması məqsədilə və həm də daxili bazara təşviq məqsədilə xaricdən gətirilən avtomobillərə gömrük rüsumu 3-5 dəfə qaldırılsın.Belə təcrübə İran,Türkiyə və bir çox digər ölkələrdə mövcuddur və ölkə üçün müsbət nəticələr verir.