Menu

RAMİZ MEHDİYEV SABİQ DEPUTATA YÜKSƏK VƏZİFƏ VERDİ - Direktor təyin etdi

27.11.2019, 19:36
RAMİZ MEHDİYEV SABİQ DEPUTATA YÜKSƏK VƏZİFƏ VERDİ - Direktor təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

Belə ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib.

"Bəli, yeni vəzifəyə təyin olunmuşam. İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetindəki fəaliyyətimi dayandırmışam", - o bildirib.

Qeyd edək ki, E.Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Eks-deputat hazırda Azərbaycan Texniki Universitetinin prorektoru vəzifəsində çalışır.

Şərhlər

Kərimə əlavə 2019-11-28 10:15:24

Mehdiyevlə onun haqq-hesabı olduğundan onu belə yerə gətirib.

Kərim 2019-11-27 17:37:40

Bura AEA-nın yeyinti yeridir.

Kamran 2019-11-27 15:39:57

Axır ki Ramiz müəllim də "Prezident" oldu.Sağ olsun Prezident!

rehim 2019-11-27 15:10:28

Xoruzun quyrugu gorundu.Ziya da gelib Ramizin muavini olsa,teeccublenmeyin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol