Menu

PARLAMENTİN BURAXILMASI RƏSMİLƏŞDİ - Prezidentə müraciət edildi

28.11.2019, 13:27
PARLAMENTİN BURAXILMASI RƏSMİLƏŞDİ - Prezidentə müraciət edildi

Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət edib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Siyasi Şura bu qərarın Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

YAP Siyasi Şurası öz səlahiyyətlərindən istifadə edərək növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Şərhlər

Vahid 2019-11-28 19:06:05

Yalnız normal referendum belə qərar qəbul edə bilər.Bir partiyanın arzusu (yanlış) 10 milyonluq xalq üçün keçərli ola bilməz.Çünki parlament xalq içərisindən seçilməlidir.

Cəmşid Dərələyəzli 2019-11-28 18:48:05

Sanıram Bununla paralel seçgi qanununda da dəyişiliklər edilməlidir. Çünki, dövlət quruculuğu və qanunçuluq bazası demək olar ki, tam təmin olunub. Aparılan islahatlarda, xalqın iradəsinə söykənən milli məclisin formalaşdırılması, artıq zamanın tələbidir. Yaxşı olardı qanuna ediləcək dəyişiliklərdə (əgər bu baş verərsə) , seçgi həm proporsional, həm də mojartitar aparılması məsələsinə də baxılardı. Eyni zamanda, əhalinin sayına görə milli məclis üzvülərinin sayının 125-dən ən azı 145- qaldırılması müvafiq olardı. Umaram, Dövlət Başçısı bu yöndə də qətiyyətini ortaya qoymuş olar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol