Menu

"Astana" sensasiyaya imza atıb, "Trabzonspor" yenə uduzub

28.11.2019, 22:12
"Astana" sensasiyaya imza atıb, "Trabzonspor" yenə uduzub

UEFA Avropa Liqasında V turun ilk 3 matçı keçirilib. "Report"un məlumatına görə, qarşılaşmalardan 2-si C qrupunda oynanılıb. "Krasnodar" Rusiyada "Bazel"ə, İspaniya "Xetafe"si ilə Türkiyədə "Trabzonspor"a eyni hesabla qalib gəlib - 1:0. L qrupunda isə "Astana" Qazaxıstanda İngiltərə "Mançester Yunayted"i üzərində əzmkar qələbə qazanıb - 2:1.

Lakin bu nəticələrin heç biri komandaların öz qruplarındakı mövqelərinə təsir etməyib. "Bazel" 10 xalla 1-ci pillədə qalıb. "Krasnodar" və "Xetafe" hərəyə 9 xalla 2-3-cü yerləri bölüşür. 1 xala malik "Trabzonspor" isə qrupda qalıb.

"Mançester Yunayted" isə 10 xalla qrup lideridir və 1/16 finala vəsiqəni hələ ötən tur təmin edib. "Astana" isə ilk qələbə sayəsində 3 xal əldə etsə də, yenə qrup sonuncusudur və mərhələ şansını ötən tur itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol